"Real Madrid" "Fiorentina" ilə bacarmadı

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

"Real Madrid" mövsümöncəsi yoxlama oyunda "Fiorentina" ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, tərəflər arasında qalib müəyyən edilməyib - 2:2.

Madrid nəhəngi 12-ci dəqiqədə Endrikin qolu ilə hesabı açdı. Aleksis Siria 24-cü dəqiqədə fərqi iki topa çatdırıb. Lakin Joze Mourinyunun komandası üstünlüyünü qoruya bilməyib. Roberto Pikkoli 41-ci dəqiqədə fərqi azaldım, Moize Kian isə 58-ci dəqiqədə bərabərlik qolunu vurub.

"Real Madrid" 2025/26 mövsümünü kuboksuz başa vurub. Baş məşqçi postuna əfsanəvi Joze Mourinyunu gətirən "kral klubu"nun "Real Sosyedad"la ilk oyunu təxirə salındığı üçün yeni mövsümə 22 avqustda "Espanyol"a qarşı başlayacaq.

"Fiorentina" ötən mövsüm A Seriyasında 15-ci yeri tutub. Mövsümdən sonra  Paolo Vanoli baş məşqçi vəzifəsindən istefa verib və onun yerinə İtaliya millisinin keçmiş müdafiəçisi Fabio Qrosso təyin edilib. "Fiorentina" yeni mövsümə 24 avqustda A Seriyasının açılış oyununda "Roma"ya qarşı səfər oyunu ilə başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər