"Real Madrid" Orteqanı 10 milyona satdı

"Real Madrid" Orteqanı 10 milyona satdı

"Real Madrid" akademiyasının yetirməsini 10 milyon avroya satıb. 

Fanat.Az xəbər verir ki, söhbət Hakobo Orteqadan gedir. 

20 yaşlı hücumçu Fransanın "Strasburq" klubuna transfer olunub. Madrid nəhəngi onun hüquqlarının 70 faizini satıb, qalan 30 faizini isə özündə saxlayıb.

Beləliklə, Orteqa əsas komandada debüt etmədən satılan ən bahalı akademiya oyunçusu olub.

"Real C" komandasında çıxış edən forvard son mövsümdə müvafiq liqada 18 qolla diqqətləri üzərinə çəkməyi bacarıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər