"Quba"nın yeni baş məşqçisi bilindi

"Quba"nın yeni baş məşqçisi bilindi

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Quba" klubunun baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, komandanı Şəhriyar Əsgərov çalışdıracaq.

Ötən mövsüm "Cəlilabad" adı altında çıxış edən komandanın məşqçilər korpusu və əksər oyunçuları da məhz "Quba"da olacaq. Zaur Paşayev oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı isə Fikrət Paşayevdir.

Qeyd edək ki, bölgə təmsilçisi ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər