"Qələbəmizi Barrelə həsr edirik" - "Gəncə"nin baș məşqçisi

"Qələbəmizi Barrelə həsr edirik" - "Gəncə"nin baș məşqçisi

"Bəzi oyunçular xəstə olsalar da, meydana çıxmışdılar".

Fanat.Az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə qalib gəldikləri matçdan (91:77) - Azərbaycan Basketbol Liqasının XIV turunun oyunundan sonra deyib.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis heyətdə bəzi itkilərin olduğunu bildirib:

"İtkilərin olması rotasiya etməyimizə təsir göstərdi. Romelo Barrelin bu günlərdə doğması dünyasını dəyişib. Onun üçün çətin matç idi. Qələbəmizi Barrelə həsr edirik. Komandanın bütün üzvləri bizim üçün dəyərlidir. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Çempionatda fasilə yaranır. Bundan istifadə etməyə çalışacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər