“Qarabağ”ın “Kopenhagen” üzərində 1:0 hesablı qələbəsi dünya mətbuatının diqqətinə səbəb olub. Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin birinci görüşündə zəfərə sevinən Azərbaycan çempionunun tarixi uğuruna müxtəlif reaksiyalar gəlib.
La Gazetta dello Sport(İtaliya): Mədətov həll etdi: “Qarabağ” “Kopenhagen”i yendi
Lequipe (Fransa): "Qarabağ" Kopenhagen səddi üzərində zəfərlə təəccübləndirdi
BT (Danimarka): Palçığa vurdular. “Kopenhagen”in ÇL-də uğursuz cəhdi
Przeglad Sportowy(Polşa): Jezniçak ÇL-in bir addımlığında. Azərbaycan klubu tarixi ana yaxındı
Mundo Deportivo (İspaniya): “Qarabağ” ÇL-in qrupuna yaxınlaşır
Sport1 (Almaniya): Mədətov “Kopenhagen”i təəccübləndirdi
Fanat.Az