"Qarabağ"ın yeni transferləri Bakıya gəlib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Səhifədə Yakub Rzejniçak və Vild-Donald Geryenin birgə fotosu paylaşılıb. Hər iki futbolçunun bu günlərdə klubla 2 illik müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Rzejniçak Polşanın “Legiya”, Vild-Donald Gerye isə Türkiyənin “Alanyaspor” klubundan transfer olunub.

Fanat.Az