"Qarabağ" Avstriyaya yola düşüb. Fanat.Az xəbər verir ki, "köhlən atlar" bu ölkədə Bakıda başlayan təlim-məşq toplanışının ikinci mərhələsini keçirəcək.
Ölkəmizi bu il də Çempionlar Liqasında təmsil edəcək ağdamlılar sözügedən ölkədə 3 yoxlama oyununa çıxacaq. İyunun 20-də "Axmat" (Qroznı "Terek"i indi belə adlanır), 24-də MOİK (Sofiya, Bolqarıstan), 28-də "Dinamo" (Moskva, Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsinin oyununadək heyətinə hücumçu qatmağı da planlaşdırır. Yeni forvardın məhz Avstriyada komandaya qoşulmaq ehtimalı böyükdü.
Qeyd edək ki, "Qarabağ" ilk sınaq oyununu Bakıda keçirib və paytaxtın eyniadlı komandasını 9:0 hesabıyla üstələyib.
Fanat.Az