"Qarabağ"ın vitse-prezidentindən transfer açıqlaması

"Qarabağ"ın vitse-prezidentindən transfer açıqlaması

"Hesab edirəm ki, komanda hazırda yaxşı vəziyyətdədir. Yeni futbolçuları Azərbaycana dəvət etmək, uyğunlaşdırmaq çox çətindir. Düşünmürəm ki, yaxın müddətdə yeni transfer olunsun". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.

Klubun fan-şopunun açılış mərasimində iştirak edən Tahir bəy "Şerif"lə oyunla bağlı da danışıb: "Yeni transferlərimiz ilk oyunlarda yaxşı təsir bağışladı, komandaya tez uyğunlaşdı. İnanıram ki, oyuna həmişəki ciddiyətlə yanaşsaq, mərhələ keçə bilərik. Amma bizi çox çətin oyunun gözlədiyini də deməliyəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər