Avqustun 23-də Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Kopenhagen”in qonağı olacaq "Qarabağ”ın Danimarkaya səfər proqramı müəyyənləşib. Fanat.Az "Report"a istinadən xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çelikəl məlumat verib.O bildirib ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Kopenhagenə matçın baş tutacağı tarixdən iki gün əvvəl – avqustun 21-də çarter reysi ilə yola düşəcək. Menecer Asif Əsgərov isə təşkilatı məsələləri həll etmək üçün komandadan bir gün qabaq Danimarka paytaxtına gedəcək. "Kopenhagen" klubu "Qarabağ"ı stadionda dəstəkləmək istəyənlərə müraciət edərək, bilet almaq üçün Azərbaycan klubu ilə əlaqə saxlamalarını tövsiyə edib. Çelikəl bu məsələdə azarkeşlərə kömək etməyə hazır olduqlarını bildirib: "Avropa ölkələrində yaşayan çoxlu sayda azarkeş bizi dəstəkləmək istəyir. Lakin qonaq komanda olduğumuzdan, bilet satışı ilə məşğul deyilik. Onlara bilet almaqda vasitəçi ola bilərik”. Qeyd edək ki, "Qarabağ” evdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Fanat.Az
"Qarabağ"ın səfər planı müəyyənləşdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar