Milli çempionatlarda növbəti turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri də meydana çıxıb.
"Atletiko" İspaniya La Liqasının 4-cü turunda "Malaqa"nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 61-ci dəqiqədə Antoine Qrizmann imza atıb. Madrid klubu 4 turda 8 xal qazanıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
"Roma" İtaliya A Seriyasının IV turunda "Verona"nı qəbul edib. Paytaxt klubu rəqibini darmadağınla yola salıb - 3:0. Matçın qollarına Hesabı 22-ci dəqiqədə Radya Nainqqolan açıb. 33 və 61-ci dəqiqələrdə Eden Dzeko dubl edib. Ehtiyatda bir oyunu olan "Roma" 3 matçda 6 xal qazanıb və turnir cədvəlinin 8-ci pilləsini tutur.
Çempionlar Liqasının ilk turunda "Qarabağ"ı 6:0 hesabı ilə yenən "Çelsi" isə İngiltərə Premyer Liqasının V turunda "Arsenal"ı qəbul edib. London derbisində hesab açılmayıb - 0:0. "Çelsi"dən David Luiz 87-ci dəqiqədə qırmızı vərəqə alıb. "Qarabağ"ın rəqibi 5 turdan sonra 10 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.Az