"Qarabağ"ın rəqibləri: biri uddu, biri uduzdu, biri gözləyir - VİDEO

"Qarabağ"ın rəqibləri: biri uddu, biri uduzdu, biri gözləyir - VİDEO

Avropada milli çempionatların oyunları davam edir. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının C qrupundakı rəqiblərindən ikisi dünən meydana çıxıb.

"Atletiko" İspaniya La Liqasının II turu çərçivəsində "Las Palmas"ın qonağı olub. Madrid klubu səfər oyununda 5:1 hesablı qələbə qazanıb. İlk turda 1 xal qazanan "Atltiko" "Sosyedad" və "Barselona"dan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Las Palmas - Atletiko 1:5

Qollar: Conatan Kalleri, 58 - Anxel Korrea, 3. Yannik Karrasko, 5. Koke, 62; 75. Tomas, 88.

"Qarabağ"ın digər rəqibi "Roma" İtaliya A Seriyasının II turnda "İnter"i qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" 2 turdan sonra 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Roma - İnter 1:3

Qollar: Eden Dzeko, 15 - Mauro İkardi, 67; 77. Matias Vesino, 87.

"Qarabağ"ın üçüncü rəqibi "Çelsi" bu gün İngiltərə Premyer Liqasının III turu çərçivəsində "Everton"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 16.30-da başlayacaq. "Çelsi" 2 turda 3 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın III turunda əsas rəqibi "Qəbələ"ni 2:1 hesabı ilə yenib. Ağdam klubu 3 turdan sonra 9 xalla "Zirə" ilə 1-2-ci pillələri bölüşür.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər