"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi"nin baş məşqçisi Antonie Konte daha bir hücumçunun transfer olunmasını istəyir. Fanat.Az xəbər verir ki, Alvaro Moratanın ön xəttdə yetərli olmayacağını düşünən italyan mütəxəssis Ceymi Vardinin alınmasını istəyib.
İddialara görə, artıq "Çelsi" bu futbolçu üçün "Lester"ə 43 milyon avro təklif edib. Lakin London klubu son anda böyük bir əngəllə qarşılaşıb. Belə ki, "Everton"da Vardini transfer etmək üçün hərəkətə keçib.
"Sunday Mirror"un məlumatına görə, bu yay transferlərə təxminən 150 milyon avro xərcləyən "Everton"un baş məşqçisi Ronald Keoman daha bir hücumçu almaq istəyir. Onun əsas hədəfi isə "Lester"in ulduzudu.
Fanat.Az