"Atletiko" oktyabrın 14-də "Barselona" ilə keçirəcəyi oyunla bağlı gözlənilməz qərar qəbul edib. Fanat.Az xəbər verir ki, Madrid klubu qonaq komandanın azarkeşlərinə bilet satmayacaq.
"Sky Sports"un xəbərinə görə, "Atletiko" bu addımı ilə klubun yeni stadionu olan "Vanda Metropolitano"ya nəqliyyat problemini göstərib. Lakin bunun Kataloniyada keçirilən müstəqillik referendumundan sonra yaranan gərginliklə bağlı olduğu deyilir.
Qeyd edək ki, "Atletiko" "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindəndi.
Fanat.Az