"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" növbəti transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, London təmsilçisi "Lester"in yarımmüdafiəçisi Deniel Drinkuoteri heyətinə cəlb edib. 27 yaşlı oyunçu ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.
"Çelsi"nin bu transfer üçün 38 milyon avro ödədiyi iddia edilir.
Fanat.Az