"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Atletiko"nun hücumçusu Antoine Qrizmanın xidmətində maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi fransız futbolçu üçün 140 milyon avro təklif edib, lakin Madrid klubu bu təklifə müsbət cavab verməyib.
Qeyd edək ki, futbolçunu heyətinə qatmaq istəyənlər sırasında "Mançester Yunayted" də var.
Fanat.Az