"Qarabağ"ın rəqibi kim olacaq? - (SİYAHI)

"Qarabağ"ın rəqibi kim olacaq? - (SİYAHI)

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Püşkatamada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyənləşəcək. Təmsilçimiz II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia”n? klubunu 5:0 hesabı ilə yendiyindən cavab qarşılaşması formal xarakter daşıyacaq.

Püşkatmada 47 komanda iştirak edəcək. 13 komanda birbaşa bu mərhələyə vəsiqə qazanıb. 34 komanda isə II təsnifat mərhələsinin iştirakçısıdı. Onlardan 17 qalib növbəti mərhələyə vəsiqə qazanacaq. III təsnifat mərhələsində 30 komanda 15 cütlük olaraq mübarizə aparacaq.

"Qarabağ" "Çempionluq yolu"nda mübarizə aparacaq. Daha güclülərin yer aldığı "Səpələnmişlər" səbətində olan Azərbaycan çempionunun rəqibi "Səpələnməmişlər"in arasından seçiləcək. "Qarabağ"ın mümkün rəqiblərindən ikisi birbaşa bu mərhələyə vəsiqə qazanıb. Belə ki, Çexiyanın "Slaviya" və Rumıniyanın “Vitorul” klubları təmsilçimizə rəqib ola bilər. Qalan 8 rəqib isə cütlüklərdi. Bunların arasında Serbiyanın "Partizan", Qazaxıstanın "Astana", Xorvatiyanın "Riyeka" klubları kimi arzuolunmaz rəqiblər var.

Qeyri-çempionlar yolunda isə 10 klub 5 cütlük təşkil edəcək. Həmin klublar bu mərhələyə birbaşa vəsiqə qazanıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

 

Səpələnmişlər

Olimpiakos (Yunanıstan)

Linfild (Şimali İrlandiya) - Seltik (Şotlandiya) cütünün qalibi

Jilina (Slovakiya) - Kopenhagen (Danimarka) cütünün qalibi

Hibernians (Malta) - Zalsburq (Avstriya) cütünün qalibi

Jalgiris (Litva) – Lüdoqorets (Bolqarıstan) cütünün qalibi

BATE (Belarus) - Alaskert (Ermənistan) cütünün qalibi

Mariehamn (Finlandiya) - Legiya (Polşa) cütünün qalibi

APOEL (Kipr) - Dudelanj (Lüksemburq) cütünün qalibi

Zrinski (Bosniya və Herseqovina) - Maribor (Sloveniya) cütünün qalibi

Qarabağ (Azərbaycan) -Samtredia (Gürcüstan) cütünün qalibi

 

Səpələnməmişlər

Malmö (İsveç) - Vardar (Makedoniya) cütünün qalibi

Spartak (Latviya) - Astana (Qazaxıstan) cütünün qalibi

Partizan (Serbiya) - Buduçnost (Monteneqro) cütünün qalibi

Riyeka (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

Dandalk (İrlandiya) - Rusenborq (Norveç) cütünün qalibi

Şerif (Moldova) - Kukesi (Albaniya) cütünün qalibi

Hapoel (Beyer Şeva, İsrail) - Honved (Macarıstan) cütünün qalibi

Slaviya (Çexiya)

Hafnarfyordur (İslandiya) - Vikinqur (Farer adaları) cütünün qalibi

Vitorul (Rumıniya)

 

Qeyri-çempionlar yolu

 

Səpələnmişlər

Dinamo (Kiyev, Ukrayna)

Ayaks (Hollandiya)

Viktoriya (Çexiya)

MOİK (Rusiya)

Brügge (Belçika)

 

Səpələnməmişlər

Styaua (Rumıniya)

Yanq Boyz (İsveçrə)

Nitsa (Fransa)

Başakşehər (Türkiyə)

AEK (Yunanıstan)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər