Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın ilk yoxlama oyununun vaxtı dəqiqləşib. Fanat.Az xəbər verir ki, ağdamlılar ilk sınaq matçını iyunun 20-də keçirəcək.
Rəqib Qroznı təmsilçisi “Axmat” ("Terek" bu aydan belə adlanır) olacaq. Kössen qəsəbəsində baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 19:00) start götürəcək.
Məlumat Çeçenistan klubunun rəsmi saytında əksini tapıb və sözügedən mənbədə "Qarabağ"ın tarixi haqda geniş məlumat yerləşdirilib.
Fanat.Az