"Şerif"lə oyunda İbrahim Şehiçlə toqquşan və 24-cü dəqiqədə əvəzlənən "Qarabağ"ın futbolçusu Yakub Jezniçakın zədəsi ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, polşalı müdafiəçi bununla bağlı "Facebook" hesabında məlumat yayıb.
Jezniçak zədəsininciddi olmadığına ümid etdiyini bildirib: “Təəssüf ki, qapıçı ilə toqquşmadan sonra zədələndim və 24-cü dəqiqədə meydanı tərk etməli oldum. Bunu heç istəməzdim. Ancaq futbolda belə hallar baş verir. Ümid edirəm ki, zədəm ciddi deyil. İndi bütün düşüncəmiz gələn həftə uğurlu çıxış edib, növbəti mərhələyə adlamaqdı. Özümüzə inanırıq”.
Fanat.Az