Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində çempion "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun "facebook" səhifəsinə istinadən xəbər verir ki, görüşə artıq 13 min bilet satılıb.
Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
Azərbaycanlı aktrisadan qalmaqallı fotolar
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN
VİP - 50 AZN
Xatırladaq ki, "Qarabağ" - "Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.
Fanat.Az