"Roma” Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletləri bu gündən satışa çıxarıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər "Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) görüşlərə bilet ala bilər.
"Roma"nın "Atletiko" və "Çelsi"yə qarşı keçirəcəyi matçlar üçün biletlərin qiyməti 40-115 avro arası dəyişir. "Qarabağ”la görüşün biletlərinin qiyməti isə 30 – 95 avrodur.
Qeyd edək ki, "Roma” ev oyunlarını 70,634 nəfərlik Olimpiya stadionunda keçirir.
Fanat.Az