"Qarabağ"ın oyunçusu "Zirə"də top qovacaq

"Qarabağ"ın oyunçusu "Zirə"də top qovacaq

“Zirə” daha bir yerli futbolçunu heyətdə saxlayıb. Fanat.Az xəbər verir ki, "qartallar" yarımmüdafiəçi Vüqar Mustafayev barədə qərar verib.

 

"Bakı"nın yetirməsi, hazırda müqaviləylə “Qarabağ”a məxsus Vüqar yenidən icarəyə götürülə və ya birdəfəlik transfer edilə bilər. Qəsəbə təmsilçisi Ağdam klubu və futbolçunun özüylə razılaşıb.

 

Qeyd edək ki, “Zirə” bunadək Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Aleksandr Şemonayev və Yovan Krnetayla yeni müqavilələr imzalamışdı. Növbədə isə Milan Duriçdi.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər