Polşalı Yakub Rzezniçakla 2 illik müqavilə imzalamağa hazırlaşan "Qarabağ" daha bir keçidi reallaşdırmağa yaxındı. Fanat.Az xəbər verir ki, ağdamlılar Tokelo Rantie məsələsini yenidən gündəmə gətirib.
Belə ki, Azərbaycan klubu CAR millisinin hücumçusunu yola gətirə bilib. Tükiyənin "Gənclərbirliyi" klubuyla 2018-ci ilin iyununadək müqaviləsi olan afrikalının Ağdam təmsilçisinə qoşulacağı və Rzezniçak kimi, ikillik müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Rantie "Qarabağ"ın forvardı Dino Ndlovuyla eyni yığmanın şərəfini qoruyur.
Fanat.Az