"Qarabağ"ın legioneri yeni müqavilə imzalamayıb- HARA GEDİR?

"Qarabağ"ın legioneri yeni müqavilə imzalamayıb- HARA GEDİR?

Miçel Madera “Qarabağ”ı tərk edə bilər. Fanat.Az-a kluba yaxın mənbədən verilən məlumata görə, Ağdam klubunun önəmli fiqurlarından sayılan yarımmüdafiəçinin klubuyla olan müqaviləsinin müddəti gələn ay başa çatır.

Bölgə təmsilçisi hazırda futbolçunun agentiylə danışıqlar aparır. Danışıqların müsbət nəticələnmək ehtimalı 50 faizdi. Belə ki, ispan legioner başqa klublardan da sərfəli təkliflər alıb. Onlardan biri Azərbaycan, digəri Polşa təmsilçisidi. Miçel əməkhaqqının artırılmasını tələb edəcəyi təqdirdə, “Qarabağ” onu saxlamayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər