"Qarabağ"ın keçmiş hücumçusu İsveç millisində

"Qarabağ"ın keçmiş hücumçusu İsveç millisində

"Qarabağ"dan ayrıldıqdan sonra özünü Hollandiya çempionatında göstərməyi bacaran və bombardirlər sırasında yer alan Samuel Atmenteros İsveç millisinə çağrılıb.

Fanat.Az xəbər verir ki, İsveç millisinin məşqçilər korpusu Fransa üzərindəki qələbədən sonra əsas heyətin əksər üzvlərini istirahətə göndəriblər. Sabah keçiriləcək yoxlama oyununda komandanın rəqibi Norveç yığmasıdı.

"Herakles"in üzvü Armenteros bu oyunda özünü sübut etməyə çalışacaq.

Xatırladaq ki, hücumçu "Qarabağ"da 2015/16 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər