"Qarabağ"ın futbolçusu Yunanıstanla oyuna çağırıldı

"Qarabağ"ın futbolçusu Yunanıstanla oyuna çağırıldı

Bosniya və Herseqovina millisinin DÇ-2018-in seçmə mərhələsində Yunanıstanla keçiriləcək oyun üçün heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyası məlumat yayıb. 

Baş məşqçi  Mehmet Bazdareviç 27 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də adı var.  

Qeyd edək ki, Bosniya və Herseqovina millisi Yunanıstanla iyunun 9-da öz meydanında qarşılaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər