Albaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Fanat.Az Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda italyan mütəxəssis Kristian Panuççiyə tapşırılıb.
O, bu postda Canni De Byazini əvəzləyib. Sonuncu 2011-2017-ci illərdə yığmanı çalışdırıb. Futbolçu kimi "Milan", "Real" , "İnter", "Monako", "Çelsi", "Roma", "Parma" və "Cenoa"da çıxış etmiş 44 yaşlı Kristian Panuççi İtaliyanın "Livorno" və "Ternana" klublarını çalışdırıb.
Qeyd edək ki, Albaniya millisində "Qarabağ"ın futbolçusu Ansi Aqolli də çıxış edir. O, 2016-cı il Avropa çempionatında yığmanın kapitanı olub.
Fanat.Az