"Qarabağ"ın futbolçusu Norveç yığmasında

"Qarabağ"ın futbolçusu Norveç yığmasında

"Qarabağ"ın futbolçusu Norveç yığmasından dəvət alıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Lars Laqerbek Ağdam klubunun "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussiyə dəvət göndərib.

O, Noveç millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də səfərdə San Marino, 3 gün sonra evdə Şimali İrlandiya ilə keçirəcəyi oyunlarda iştirak etmək imkanı qazanıb. Yığmaya ümumilikdə 23 futbolçu çağırılıb.

Tarik Elyunussi 2008-ci ildən Norveç millisinə çağırılır. 29 yaşlı Mərakeş əsilli futbolçu bu müddətdə 41 oyuna çıxaraq 9 qol vurub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər