"Qarabağ"ın əksər futbolçusunun şəxsi sürücüsü var"

"Qarabağ"ın əksər futbolçusunun şəxsi sürücüsü var"

"Azərbaycanda əmək haqqı vaxtlı-vaxtında verilir. Amma iki klubun vəziyyəti daha yaxşıdı. "Qarabağ" və "Qəbələ" ölkənin ən yaxşı komandalarıdı. Onlar mütəmadi olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edir". Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Milan Duriç deyib.

Serbiya mətbuatına danışan futbolçu maraqlı açıqlamalar verib: "Qarabağ"ın əksər futbolçusunun şəxsi sürücüsü var. "Qəbələ" çox yaxşı şəraitə, yaxşı məşq meydançalarına malikdi. Əsas problem azarkeş amili ilə bağlıdı. Azarkeşlərin sayı azdı. Çempionatda 8 komanda çıxış edir. Bu da 2 qələbə qazanan kimi komandanın yuxarı pillələrə qalxmasına, uduzanda isə aşağı düşməsinə səbəb olur".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər