"Qarabağ"ın 800 minlik futbolçusu sıradan çıxdı - ŞOK

"Qarabağ"ın 800 minlik futbolçusu sıradan çıxdı - ŞOK

"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, Ağdam klubunun yeni transferlərindən olan Donald Gerye sıradan çıxıb.

Zədə alan Haiti yığmasının üzvü böyük ehtimalla, Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı oynamayacaq. Onun avqustun 15-də Çempionlar Liqasında "Kopenhagen"ə qarşı forma geyinib-geyinməyəcəyi hələ bilinmir.

Qeyd edək ki, Gerye bu yay "Alanyaspor"dan "Qarabağ"a keçib. "Transfermarkt"ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 4 oyunda 2 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər