"Qarabağ"ı çempionat oyununda izləməliyik"- Yohan Yanqe

"Qarabağ"ı çempionat oyununda izləməliyik"- Yohan Yanqe

“Riyeka” 5 potensial rəqib arasında ən güclüsüydü. Qalan 4 kollektiv demək olar, eyni səviyyədəydi”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen” klubunun texniki direktoru Yohan Lanqe deyib.

 

Lanqe "kor püşk"ün nəticəsindən narazı qalmayıb: “Birinci görüşün öz meydanımızda keçirilməsini istəyərdik. Ancaq səfərdə oynamalıyıq. Deməli, bizi uzun səyahət gözləyir. İsti hava, saat fərqi də unudulmamalıdı. Bu amillər əlavə çətinlik yaradacaq. Rəqib haqda mümkün qədər çox bilgi toplamalıyıq. Bunun çətin olacağını düşünmürəm. Rəqib pley-off görüşündən öncə çempionat matçı keçirəcək. Bakıya gedib, rəqibimizin oyununa  ("Qarabağ" Premyer Liqanın ilk turu çərçivəsində avqustun 11-də “Neftçi” ilə üz-üzə gələcək) canlı baxmalıyıq”.

 

Qeyd edək ki, tərəflərin Azərbaycandakı görüşü avqustun 15-16-da, cavab qarşılaşması 22-23-də reallaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər