"Qarabağ"ı 8 futbolçu tərk edə bilər- SİYAHI

"Qarabağ"ı 8 futbolçu tərk edə bilər- SİYAHI

“Qarabağ”ı tərk edə biləcək futbolçuların siyahısı bəllidi. Klubdan Fanat.Az-a verilən məlumata görə, Əfran İsmayılov, İlqar Qurbanov, Qara Qarayev, Muarem Muarem, Boyan Şaranov, Miçel Madera, Ansi Aqolli və Elvin Yunuszadənin Ağdam klubuyla olan müqavilələrinin müddəti bitib.

Sözügedən futbolçuların heç biriylə yeni sözləşmə imzalanmayıb. Yunuszadənin yetirməsi olduğu “Neftçi”yə dönməyə hazırlaşması, ağdamlıların ispan legioner Maderayla danışıqlara başlaması haqda məlumat vermişdik.

Digər adıçəkilənlərlə əlaqədar məsələlər isə açıq qalır. Bizi izləyin...

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər