"Qarabağ"dan yenilik: azarkeşləri sevindirən qərar

"Qarabağ"dan yenilik: azarkeşləri sevindirən qərar

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ” – "Şerif” qarşılaşmasının biletləri sabahdan satışa çıxarılacaq.

Fanat.Az xəbər verir ki, qarşılaşmaya böyük marağı nəzərə alan klub azarkeşlərin qısa zaman kəsiyində asanlıqla biletlərini əldə etməsini düşünərək daha bir ilkə imza atıb.

Belə ki, rəqibin adına dünən aydınlıq gəldiyini və sözügedən matçın cəmi 5 gün sonra keçiriləcəyini nəzərə alan rəhbərlik önləyici tədbirlər görüb. "Şerif”lə matçın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi satışın daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

Belə təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və "Qarabağ” bununla Azərbaycanda bir ilki reallaşdıracaq

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər