"Qarabağ"dan "Kopenhagen"ə daha bir zərbə

"Qarabağ"dan "Kopenhagen"ə daha bir zərbə

"Qarabağ"la oyunda "Kopenhagen"ə daha bir zərbə dəyib. Fanat.Az xəbər verir ki, Danimarka klubunun əsas oyunçularından biri sıradan çıxıb.

Belə ki, oyunun 70-ci dəqiqəsində zədə alan Federiko Santanderin durumunun ciddi olduğu müəyyənləşib. 45-ci dəqiqədə "Kopenhagen"in ilk qolunu vuran 26 yaşlı hücumçu 3 ay oynaya bilməyəcək.

Qeyd edək ki, Bakıda baş tutmuş ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ” rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər