2017/18 mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı "Qarabağ" növbəti transferi reallaşdırıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran Ağdam təmsilçisi uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb.
"Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Super Liqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Geryonun keçidini rəsmiləşdirib. Yarımmüdafiəçiylə ikiillik müqavilə imzalanıb.
Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə Donald “Alanyaspor” formasıyla 20 oyunda 4 qolla yadda qalıb.
2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.


Fanat.Az