"Qarabağ"dan ayrılan Boyan Şaranov karyerasını Serbiyada davam etdirəcək. Fanat.Az xəbər verir ki, serb qapıçı Super Liqa təmsilçisi "Zemun"la müqavilə bağlayıb.
Qeyd edək ki, 29 yaşlı qapıçı ötən yay "Partizan"dan "Qarabağ"a keçmişdi. O, Azərbaycan çempionunun heyətində cəmi 2 Premyer Liqa oyununa çıxıb.
Fanat.Az