"Qarabağ"dan 3 yubiley və rekord

"Qarabağ"dan 3 yubiley və rekord

Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan çempionu "Samtredia"nı 5 cavabsız qolla üstələyən "Qarabağ" cavab matçını formallığa çevirib. Fanat.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun yubileylərlə əlamətdar olub.

Görüşün 29-cu dəqiqəsində zədələndiyinə görə yerini yeni transfer Yakub Jezniçaka buraxan Rəşad Sadıqov "köhlən atlar"ın formasıyla 60-cı avrokubok oyununu keçirib. Matç Qara Qarayev üçün də əlamətdar olub. Qara qitəmiqyaslı turnirlər çərçivəsində 50-ci dəfə Ağdam klubunun uğurları üçün tər töküb.

"Samtredia"nın qapısından 4-cü topu keçirən haitili yarımmüdafiəçi Vild Donald Gerye rəsmi debüt oyununda təmsilçimizin avrokuboklarda yubiley qoluna imza atıb. Gerye  80-ci qolun müəllifi qismində adını tabloya yazdırıb.

Azərbaycan çempionu ən böyükhesablı qələbəsini də rəsmiləşdirib. Bunadək rekord digər təmsilçimizə Estoniya "Trans"ına eyni aqibəti yaşadan "İnter"ə məxsus idi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər