"Qarabağ"dan 3-cü "qızıl dubl", tarixi ilk!- YENİLƏNİB

"Qarabağ"dan 3-cü "qızıl dubl", tarixi ilk!- YENİLƏNİB

Bu gün Naxçıvanda futbol mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, Muxtar Respublikada Azərbaycan kuboku tarixinin 24-cü finalı keçirilib.

 

Həlledici matçda Premyer Liqada uyğun olaraq 1-ci və 2-ci yerləri tutmuş komandalar - “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. 4-cü dəfə çempion olan “Qarabağ” Naxçıvanda “qızıl dubl” etmək niyyətindəydisə, “qırmızı-qaralar” ilk dəfə titul qazanmaq arzusundaydı.

 

“Köhlən atlar” finalda zəfərə sevinəcəyi təqdirdə, tarixi ilkə imza atacaqdı. Belə ki, indiyədək ardıcıl 3 dəfə ölkə kubokunu qazanan, bu sayda “qızıl dubl” edən olmamışdı. Ağdam təmsilçisi ikinci yarıda vurulan iki qol hesabına ilki reallaşdırıb.

 

 

 

Azərbaycan kuboku

Final

5 may

16:00. “Qarabağ” – “Qəbələ” - 2:0

Qollar: Mahir Mədətov, 52 (1:0), Ürfan Abbasov, 68 (öz qapısına, 2:0)

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Naxçıvan Muxtar Respublika stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Markos Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 44. Rafael Santos

Baş məşqçi: Roman Qriqorçuk

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər