"Qarabağ"dan 2.7 milyonluq transferlə bağlı açıqlama - GƏLİR?

"Qarabağ"dan 2.7 milyonluq transferlə bağlı açıqlama - GƏLİR?

"İtaliya mətbuatında yazılanların həqiqətlə əlaqəsi yoxdu. Nikola Citronun adını birinci dəfədi eşidirəm, "Qarabağ" onunla maraqlanmayıb". Bu sözləri Fanat.Az-a açıqlamasında "Qarabağ"ın meneceri Asif Əsgərov deyib.

Klub rəsmisi İtaliyanın B seriyasında çıxış edən "Trapani"nin forvardına təklif göndərmədiklərini, İtaliya mətbuatının iddia etdiyi məbləğin (illik 900 min avro) ağlagəlməz olduğunu vurğulayıb: "Belə şeylər olur. Yəqin futbolçunu reklam edirlər. İlinə 900 min, 3 ilə 2,7 milyon avro yazıblarsa, deməli, qiymətini qaldırırlar. Ötən yay da buna bənzər xəbərlər var idi. Ciddiyə almağa dəyməz".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər