"Qarabağ"a qarşı 2 əskiklə...

"Qarabağ"a qarşı 2 əskiklə...

Premyer Liqanın XXIV turunda səfərdə “Qarabağ” ilə üz-üzə gələcək “Kəpəz” oyunun hazırlıqlarını tamamlayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün son məşqinə çıxıb. Hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olub. Məşq təxminən 50 dəqiqə davam edib.

“Sarı-göylər”in heyətində zədəli olmasa da, itki var. Ağdam klubuna qarşı görüşdə cəzalılar - Nicat Qurbanov və Şəhriyar Rəhimov iştirak edə bilməyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər