Uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan "Qarabağ"ın futbolçusu Dani Kintana dünən “Neftçi” ilə matçın (3:1) matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etdi.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı ispan futbolçu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.
Bu səbəbdən o, Çempionlar Liqasının "Kopenhagen"lə matçlarını buraxmalı olacaq.
Fanat.Az