"Qarabağ"a gəlmədi, zədələndi - SON DURUM

"Qarabağ"a gəlmədi, zədələndi - SON DURUM

“Qarabağ”ın transfer etmək istədiyi CAR yığmasının hücumçusu - Tokelo Rantie xəsarət alıb. Fanat.Az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 13-də Nigeriya ilə oyunda meydana çıxıb-çıxmayacağı bilinməyən Rantie sağ dizindən zədələnib.

 

Tokelonun hansı müddətə sıradan çıxdığı yekun müayinədən sonra bilinəcək.

Qeyd edək ki, "Gənclərbirliyi" bu futbolçunun Ağdam təmsilçisinə transfer olunmasına əngəl yaratmasa da, forvard təmsilçimizin təklif etdiyi şərtlərlə razılaşmır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər