"Qarabağ"ın Gürcüstanda "Samtredia" ilə keçirəcəyi cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcək. 4-cü hakim funksiyasını isə Marko Popoviç yerinə yetirəcək. UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya, hakim-inspektor isə macarıstanlı Laslo Vaqner olacaq.
İyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Fanat.Az