Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirib. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.
Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.
Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. 5-ci dəqiqədə erkən qol buraxan ağdamlılar gözləniləndən də böyük hesabla uduzub.
Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəri olub. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlmişdi. Azərbaycan və İngiltərə klublarının "zadəganlar"la oyuna qədər yeganə duelinin hər iki səhnəsində britaniyalılar sevinmişdi. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzmuşdu.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr
Çelsi (İngiltərə) - Qarabağ (Azərbaycan) - 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bokayako, 71, Batuşai, 76, 82
Hakimlər: Anastasios Sidiropulos, Polixronis Kostaras, Lazaros Dimitriadis, Damianos Eftimiadis (Yunanıstan).
Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos (Yunanıstan).
Hakim-inspektor: Paulius Malzinskas (Litva).
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya).
London. “Stemford Bric” stadionu.
Qarabağ: Şehiç, Qarayev, Medvedev, Miçel, Ndlovu, Enrike, Sadıqov, Almeyda, Jezniçak, Hüseynov, Gerye.
Ehtiyat oyunçular: Kanibolotski, Əmirquliyev, Mədətov, Elyunusi, İsmayılov, Yunuszadə, Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Çelsi: Kurtua, Alonso, Fabreqas, Kante, Pedro Rodriges, Zappakosta, Villyan, Batuşai, Keyhl, Kristensen, Aspilikueta.
Ehtiyat oyuunçular: Kabalero, Rudiger, Morata, Azar, Bakayoko, Mouzes, David Luis
Baş məşqçi: Antonio Konte
Fanat.Az