"Qarabağ" Şehiçin cəzalandırılması xəbərini təkzib etdi - YENİLƏNİB

"Qarabağ" Şehiçin cəzalandırılması xəbərini təkzib etdi - YENİLƏNİB

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. 

Fanat.Az futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb. 

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.

***

Klubun mətbuat katibi Nurlan İbrahimov sport7.az-a açıqlamasında xəbəri təkzib edib: 

"Xeyr, elə bir şey olmayıb, Şehiç cəzalandırılmayıb. Mən də bu haqda mətbuatdan oxumuşam. Çərşənbə günü İngiltərədən gəlmişik. Dünən də yüngül məşq olub. Şehiç də komanda ilə birlikdə məşqlərə qatılıb".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər