Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Fanat.Az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşıb.
Bakıda qonaqların qapısından 5 cavabsız qol keçirən Ağdam klubu Gürcüstanda minimal hesablı zəfərə sevinib. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək ağdamlılar "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibiylə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
Samtredia (Gürcüstan) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Donald Gerye, 22
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Marko Popoviç (Serbiya).
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya).
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”.
“Samtredia”: 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Manjqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolazi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 80. İnters Qui
Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. Davit Mtivilişvili, 14. Davit Jikiya, 17. Akaki Ninua, 18. Cemal Qoqiaşvili, 21. Giqla Burkadze, 77. Quram Samuşia
“Qarabağ”: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Qerye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.
Fanat.Az