"Qarabağ" rəqibi məlum oldu-Püşkün nəticələri

"Qarabağ" rəqibi məlum oldu-Püşkün nəticələri

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının pley-off  mərhələsinin püşkü atılıb.

Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşib. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin 5 potensial rəqibi var idi. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) klublarıdı. 

Püşk  nəticəsində çempionumuzun bəxtinə "Kopenhagen" düşüb. Danimarka təmsilçisi ilə ilk oyun Bakıda, cavab qarşılaşması isə Kopenhagendə baş tutacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək.

Bütövlükdə, ÇL-in pley-off mərhələsində aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

“Hapoel” (Beer-Şeva, İsrail) - “Maribor” (Sloveniya)

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) - ÇSKA (Moskva, Rusiya)

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər