Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstan “Samterdia”sı ilə üz-üzə gələcək “Qarabağ”ın ilk oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Fanat.Az xəbər verir ki, matçı türkiyəli ədalət təmsilçiləri idarə edəcək.
Referi Mete Kalkavana laynsmanlar - Esat Sancaktar və Erdem Bayik yardımçı olacaq. 4-cü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.
UEFA nümayəndəsi İngiltərəni təmsil edən Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də saat 21:00-də başlayacaq.
Fanat.Az