"Qarabağ" "Roma"ya 3 qolla uduzdu

"Qarabağ" "Roma"ya 3 qolla uduzdu

Bu gün Gənclər Liqasının Çempionlar yolunda II tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, 19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Qarabağ” ilk ev oyununa çıxıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İtaliya “Roma”sı ilə görüşüb. Bu matç autsayderlərin dueli sayılırdı. Çünki hər iki komanda ilk turda xalsız qalmışdı. Ağdam təmsilçisi İngiltərədə “Çelsi”dən aldığı 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışır, romalılar isə “Atletiko”ya 1:2 hesablı yenilgidən sonra ilk xal üçün mübarizə aparırdı.

Suraxanıdakı "Azərsun Arena"da baş tutan oyunda "Roma" 3:0 hesablı qələbə qazanıb. Jan Keların dubl etdiyi oyunda Mirko Antonuççi bir dəfə fərqlənib. 

Qeyd edək ki, bu komandaların yer aldığı C qrupunun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.

 

Gənclər Liqası

Çempionlar yolu

II tur, C qrupu

27 sentyabr

Qarabağ (Azərbaycan) - Roma (İtaliya) 0:3

Qollar: Jan Kelar, 11; 60. Mirko Antonuççi, 77.

Qarabağ: 40. Məmməd Hüseynov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev (72. Taleh Rzayev, 76), 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski (38. Famin Əliyev, 43), 60. Pilağa Mehdiyev (27. Ülvi İbrahimov, 53), 70. Misir Rüstəmov, 80. Yusif Həsənov.

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 37. Akif Hümbətzadə, 54. İbrahim Hüseynov.

Baş məşqçi: Rəşad Sadıqov.

Roma: 1. Andrea Romanyoli, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 5. Stefano Siavattini (k), 6. Andrea Markuççi (15. Salvatore Pezzella, 74), 7. Dario Midous, 8. Lorentso Valeu, 9. Jan Kelar (21. Luka Petrunqaro, 89), 10. Mirko Antonuççi (18. Visente Besujen, 81), 11. Rikkardo Kappa, 16. Alessio Rikkardi.

Ehtiyat oyunçular: 23. Alessio Palyiarini, 2. Lirim Kastrati, 14. Devid Bua, 20. Keres Masanqu.

Baş məşqçi: Alberto De Rossi.

Sarı vərəqələr: Famin Əliyev, 59 - Stefano Siavattini, 19. 

Hakimlər: Horatiu Fesniç, Aleksandru Çerey, Mihay Marika (Rumıniya), İnqilab Məmmədov (Azərbaycan).

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).

Hakim-inspektor: Haim Yakov (İsrail).

Bakı. "Azərsun Arena".

1. Çelsi11005-03

2. Atletiko11002-13

3. Roma21014-23

4. Qarabağ20020-80

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər