"Qarabağ" - "Roma": start heyətləri açıqlandı

"Qarabağ" - "Roma": start heyətləri açıqlandı

Sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma" oyunu keçiriləcək. Fanat.Az xəbər verir ki, İtaliya mətbuatı komandaların meydana çıxacağı mümkün start heyətlərini açıqlayıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 4-2-3-1 taktiki sxemindən istifadə edəcəyini düşünən həmkrlarımız start heyətində bu futbolçuların yer alacağını ehtimal edir: 

İbrahim Şehiç - Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Yakub Jezniçak - Qara Qarayev, Riçard Almeyda - Pedro Enrike, Miçel, Donald Gerrye - Dino Ndlovu.

İtaliya mətbuatı iddia edir ki, "Roma"nın baş məşqçisi Eysebio Di Françesko 3 hücumçunun xidmətindən yararlanacaq və komandası meydana 4-3-3 taktiki sxemi ilə çıxardacaq. Həmkarlarımızın ehtimalı doğrulsa, "Roma"nın start heyəti belə olacaq: 

Alissona - Bruno Peres, Kostas Manolas, Federiko Fazio, Aleksandr Kolarov - Daniele De Rossi, Kevin Strotman, Raca Nainqqolan - Stefan Əl-Şaravi, Edin Dzeko, Qreqorye Defrel.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı saat 20.00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər