"Qarabağ" - "Roma" oyununa 3 min polis cəlb edildi

"Qarabağ" - "Roma" oyununa 3 min polis cəlb edildi

Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın “Roma” klubu ilə qarşılacaq “Qarabağ”ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.

Fanat.Az xəbər verir ki, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb. Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla 3000-dən artıq heyət cəlb olunub. 

Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər